Metroda kondisioner olacaq - Sərnişinlərə şad xəbər

Metroda kondisioner olacaq - Sərnişinlərə şad xəbər
  26 Avqust 2014    Oxunub:2790
“Bakı Metropolitenin yeni tikilən stansiyalarında kondisionerli vaqonlardan istifadə etmək mümkün olacaq”.
AzVision.az xəbər verir ki, bunu APATV-yə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda inşa olunan yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunacaq:

“Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales SA” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Fransa şirkətindən müasir tələblərə cavab verən, ən son texnoloji idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatının həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə alınacaq avadanlıqlardan Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi-2” (“Bənövşəyi xətt”) stansiyalarında istifadə ediləcək.

Yeni sistemin tətbiqi Bakı Metropolitenində bütün idarəetmə və işarəvermənin tam avtomatlaşdırılmasına, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsinə imkan yaradacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti