Deputat polis rəisindən narazılıq etdi

Deputat polis rəisindən narazılıq etdi
  27 Avqust 2014    Oxunub:1950
"Mərkəzi Bank "Debutbank"ın lisenziyasını bir neçə il öncə ləğv edib.Açılan cinayət işinin mənə heç bir aidiyyəti yoxdur. Ölkədən səhhətimlə bağlı getmişdim. Türkiyədə ürəyimdən əməliyyat olundum. Vətənə yeni dönmüşəm”.
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Fərhad Qəribov barəsində yayılan məlumatlar və deputatı olduğu Kürdəmir rayonundakı son durumla bağlı teleqraf.com-un suallarını cavablandırarkən deyib.

F.Qəribov Kürdəmir rayonunun yeni icra başçısı Ceyhun Cəfərovun fəaliyyəti təqdirəlayiq qiymətləndirib, onun abadlıq işləri apardığını önə çəkib, narazılığın isə polis rəisindən olduğunu dilə gətirib: “Əhalinin narazılığı daha çox Kürdəmir Rayon Polis İdarəsinin rəisindəndir. Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam”.


Teqlər:





Xəbər lenti