Oqtay Şirəliyev deputatın xahişini yerə salmadı

Oqtay Şirəliyev deputatın xahişini yerə salmadı
  27 Avqust 2014    Oxunub:1791
Səhiyyə Nazirliyi YAP-çı deputat Aydın Mirzəzadənin xahişini yerinə yetirib.
AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyi millət vəkilinin xahişi ilə qaraciyər serrozundan əziyyət çəkən 26 yaşlı Mİngəçevir şəhər sakini Pərviz Eyvaz oğlu Quliyevin əməliyyatını üzərinə götürüb. Millət vəkili bu barədə facebook səhifəsində bildirib.

“Bir müddət əvvəl mətbuatda 26 yaşlı Mİngəçevir şəhər sakini Pərviz Eyvaz oğlu Quliyevin ağır formada qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkdiyi və təcili bahalı cərrahi əməliyyata ehtiyacı olduğu haqqında məlumat yayılmışdı.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdim və məsələyə səlahiyyət daxilində kömək göstərilməsini xahiş etdim.

Bu gün mənə nazirlikdən məlumat verildi ki, nazirlikdə müraciətə baxılmış və xəstənin təsrrüfat hesablı klinikaların birində cərrahi əməliyyatına 50 faiz güzəşt edilməsi barədə qərar qəbul edilmişdir.

Məsələ ilə bağlı xəstənin atası Eyvaz Quliyevə zəng edərək məlumat verdim. Valideyn təşəkkür edərək bu gün müvafiq hazırlığa başlayacağını bildirdi”.

AzVision.az


Teqlər:  





Xəbər lenti