Mübariz Qurbanlının mandatı ləğv ediləcək

Mübariz Qurbanlının mandatı ləğv ediləcək
  27 Avqust 2014    Oxunub:2251
Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə baxacaq.
AzVision.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli “Media forum” saytına bildirib ki, bu məsələyə komissiyanın növbəti iclaslarının birində baxılacaq.

İyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.

Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.


Teqlər:  





Xəbər lenti