Nailə Rzaquliyeva işdən çıxarıldı

Nailə Rzaquliyeva işdən çıxarıldı
  27 Avqust 2014    Oxunub:2504
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva tutduğu vəzifəsindən azad edilib.
Bu barədə əmri təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl imzalayıb.

Məlumatda o da qeyd olunub ki, N. Rzaquliyeva işdən azad edilməsi ilə bağlı əmr verilməmişdən bir ay əvvəl məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı əməkdaşımız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətin rəhbəri Arzu Tairquliyeva əməkdaşımızla söhbətində məlumatı təkzib etməyib: “Bu haqda məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən öyrənməyiniz məsləhətdir”.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehovla isə əlaqə saxlamaq mümkün olmayıb.(AzNews.az)






Teqlər:  





Xəbər lenti