Zakir Həsənov Rumıniyada - FOTOLAR

Zakir Həsənov Rumıniyada - FOTOLAR
  28 Avqust 2014    Oxunub:2012
Avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniya Milli Müdafiə naziri Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub.

Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti