Nazirin qardaşı qızına görə cinayət işi açıldı

Nazirin qardaşı qızına görə cinayət işi açıldı
  28 Avqust 2014    Oxunub:4824
Xəbər verdiyimiz kimi, ötən gecə Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Qəza zamanı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib. Onun həyat yoldaşı, “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun səhhəti ilə bağlı məlumat verilmir.

Baş Dövlət Yol Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, qəza ilə bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə nişanlı “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabası ilə toqquşub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub. Dünyasını dəyişən Günay Ələsgərova və həyat yoldaşı “KİA” markalı avtomobildə olublar.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti