Rəsmi Bakıdan ABŞ-a sərt etiraz

Rəsmi Bakıdan ABŞ-a sərt etiraz
  28 Avqust 2014    Oxunub:2636
“Kaliforniya Senatının qondarma `Dağlıq Qarabağ`ın müstəqilliyini tanıması haqda qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O vurğulayıb ki erməni mətbuatının təqdim etdiyi kimi sənəddə `Dağlıq Qarabağ` respublika kimi tanınmır: “Sənəd deklarativ xarakter daşıyır. Və heç bir qüvvəsi yoxdur. Erməni lobbisi başda olmaqla erməni KİV-i və rəsmi İrəvan sadə erməniləri aldatmağa çalışır. Bu yalan məlumatları Azərbaycan dayanmadan ifşa edəcək. Ermənistan tərəfinin aldatma oyunlarını üzə çıxaracaq”.

XİN rəsmisi qeyd edib ki, Kaliforniya Senatının prezidenti olmaqla 40 üzv üzvünün 17-si bu sənədi imzalamaqdan imtina edib: “Erməni lobbisinin ən güclü olduğu Kaliforniya ştatında belə vəziyyət Azərbaycanın xeyrinə dəyişib. Kaliforniya Senatının üzvlərinin bu yanaşması onların maliyyə gəlirinin əsiri olduğunu göstərir. İşğalı dəstəkləmək onların insan haqları və beynəlxalq hüquq normaları haqqında anlayışlarının səhv olduğunu göstərir”,-deyə E.Abdullayev əlavə edib.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti