Azərbaycanın “qara siyahı”sında neçə nəfər var?

Azərbaycanın “qara siyahı”sında neçə nəfər var?
  28 Avqust 2014    Oxunub:2910
“Azərbaycanla razılaşma olmadan işğal edilmiş ərazilərə edilən səfərlər qanunsuz sayılır və onların adı `qara siyah`ıya salınacaq”.

AzVision.az xəbər verir ki, bunu XİN mətbuat katibi Elman Abdullayev Anastasiya Kərimovadan danışarkən deyib.

O bildirib ki, araşdırmalar nəticəsində onun səfərinin qanunsuz olduğu aşkarlanarsa, onda `qara siyahı`ya daxil ediləcək.

E.Abdullayev vurğulayıb ki, qara siyahıda təxminən 300 nəfərin adı var. Onların əksəriyyəti isə həmsədr ölkələrdəndir. Səfər edən şəxs bununla bağlı nazirliyə məktub yazaraq peşman olduğunu və ya Ermənistan tərəfindən aldadıldığını bildirirsə, adı `qara siyahı`dan çıxarılır.

Fatimə Kərimli
AzVision.az


Teqlər:  





Xəbər lenti