Sabah 39 dərəcə isti olacaq

Havanın temperaturu gecə 25-28, gündüz 35-39 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayarı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.
Avqustun 30-dan başlayaraq hava şəraiti dəyişiləcək, avqustun 30-31-də Bakıda küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu bu günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Avqustun 30-da Bakıda 29-33 dərəcə isti, avqustun 31-də isə 27-32 dərəcə isti hava müşahidə olunacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, avqustun 29-da Abşeron yarımadasında güclü isti temperatur diskomfort, havada rütubətin çox olması, gecə və səhər saatlarında durğun hava şəraitinin üstünlüyü əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün xüsusən əlverişsizdir. Gündüz saatların uzun müddət açıq havada qalmaq məsləhət deyil. Avqustun 30-31-də güclü xəzri küləyi nəticəsində havanın temperaturun tədricən enməsi müsbət amildir.
Teqlər: