Baş nazirlər Azərbaycandan getdilər

Baş nazirlər Azərbaycandan getdilər
  20 Sentyabr 2014    Oxunub:1446
Sentyabrın 20-də Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın Azərbaycana səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstanın Baş nazirini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

Bundan əlavə Monteneqronun Baş naziri Milo Cukanoviçin da Azərbaycana rəsmi səfəri sentyabrın 20-də başa çatıb.

Milo Cukanoviçi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 20-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti