QHT Şurası beynəlxalq konfrans keçirir
Prezident Adminstrasiyanın nümayəndələrinin, 40-dan çox xarici QHT-ni təmsil edən xarici qonaqların, səfirlərin, Milli Məclis üzvlərinin, dövlət qurumlarının təmsilçilərinin, habelə yerli QHT və media mənsublarının qatıldığı konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib:
- Azərbaycan hər ay onlarla nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmiz bir sıra sahələrdə beynəlxalq diaoq və anlaşma məkanına çevrilmişdir. İqtisadiyayt, mədəniyyət, hüquq, dini tolerantlıq, idman və s. kimi mövzularda keçirilən beynəlxalq tədbirlər silsilə xarakteri daşıyır. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycan xarici ölkələrin və beynəlxalq qurumların ən etibarlı tərəfdaşına çevrilib.
Amma bu günkü beynəlxalq konfrans bir az fərqli və həssas bir mövzuya, beynəlxalq sahədə QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivlərinə həsr olunubdur.
Konfransı keçirməkdə iki məqsədi vəzifə kimi qarşımıza qoymuşuq. 1-ci məqsəd odur ki, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq arenada fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığının mövcud vəziyyətini qiymətləndirək və bu əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanları müzakirə edək. Bu ona görə vacibdir ki, biz vətəndaş cəmiyyəti institutlarının təmsilçisi olaraq xalqlarımız və ölkələrimiz arasında dostluq və anlaşma mühitinin daha da yaxşılaşması üçün çox ciddi töhfələr verə bilərik. Bu sahədə hesab edirəm ki, hələ istifadə olunmamış çox böyük potensial var. Təsadüfi deyil ki, bu gün biz bu tədbirə təkcə QHT-ləri deyil, həmçinin Azərbaycanın yüksək vəzifəli dövlət nümayəndələrini, Sizin ölkənizi təmsil edən səfirləri və səfirliklərin əməkdaşlarını, eyni zamanda beynəlxalq qurumların nümayəndələrini də dəvət etmişik. Fürsətdən istifadə edib Azərbaycanın dövlət rəsmilərinə və diplomatik korpusun təmsilçilərinə dəvətimizi qəbul edib bu günkü tədbirə qatıldıqları üçün bir daha təşəkkür edirəm.
Konfransın keçirilməsində 2-ci məqsəd isə bu gün bəşəriyyəti ciddi şəkildə narahat edən bir sıra məsələləri, xüsusilə sülhün və təhlükəsizliyin təmin olunmasında üzləşdiyimiz problemləri və təhdidləri, dünyamızın daha çox ehtiyac duyduğu mədəniyyətlərarası dialoqun və anlaşmanın qorunması və dərinləşməsi, insan hüquq və azadlıqlarını daha effektiv şəkildə müdafiəsi üçün yeni mexanizmlər ətrafında fikir mübadiləsi aparmaq və bu məsələlərin həllinə verə biləcəyimiz töhfəni müəyyənləşdirməkdən ibarətdir.
Bu baxımdan konfransa çox tanınmış və öz sahələrində kifayət qədər təcrübəyə malik olan QHT rəhbərlərini və ekspertləri panel müzakirələrin moderatorları və məruzəçiləri kimi dəvət etmişik. Fürsətdən istifadə edib belə bir məsuliyyətli vəzifəni üzərinə götürən həmkarlarıma dərin minnətdarlığımı bildiriəm.
Bu günkü konfransda Avropanın və Amerikanın bir sıra nüfuzlu QHT təmsilçiləri və beyin mərkəzləri iştirak edir. Bu həmdə bir birimizi yaxında tanımaq və gələcəkdə ümumi ideyalar ətrafında vahid platformada iştirak etmək baxımından da gözəl bir fürsətdir.
Azərbaycan hər zaman olduğu kimi bundan sonra da bu kimi əməkdaşlıq və dialoq platformalarına ev sahibliyi etməyə və bu işə dəstək verməyə hazırdır. Azərbaycan dövləti demokratik və vətəndaş cəmiyyəti quruculuğunda indiyə kimi əldə etdiyi mühüm nailiyyətləri davam etdirməkdə qərarlıdır. Prezident yanında QHT-lərə dövlət dəstəyi Şurası hökumət və QHT-lər arasında mövcud olan inam və etimad mühitini daha da dərinləşdirmək üçün bundan sonra da səylərini davam etdirəcəkdir.
Şura olaraq beynəlxalq əməkdaşlığa çox böyük önəm verdiyimizi və bu əməkdaşlıqdan qarşılıqlı olaraq faydalanmaq istəyimizi bir daha vurğulamaq istərdim. Bu konfransdan və Sizlərdən ən böyük gözləntim isə gələcək əməkdaşlıq üçün yeni ideyalar və təşəbbüslər eşitmək və onları realaşdırmaq imkanı əldə etməkdən ibarətdir.
Teqlər: