İranın Azərbaycan qorxusu - TƏHLİL

İranın Azərbaycan qorxusu - TƏHLİL
  20 Fevral 2013    Oxunub:9023

Davamı. əvvəli burada



B. İranın Azərbaycan irredentizmi ilə bağlı qorxuları

1. İranda etnik eyniliklərinin peyda olunması


Müasir günlərdə Azərbaycan ərazisinə aid olan torpaqlar tarixlər boyu müxtəlif Fars İmperiyaların tərkib hissəsi olub və ölkənin adı təkrarən İran ölkəsinin qədimi tarixi kontekstində istifadə olunub. Yuxarıda qeyd olunduğu kimi İran həqiqətən də öz ən şöhrətli Səfəvilər sülaləsi üçün Azərbaycana borclu idi . Hətta hal-hazırda İranda olan Fars-sentrist ideoloji tendensiya “tarixi ədalət” naminə yeganə İran millət-dövləti çərçivəsində Azərbaycanın qayıtmasını tələb edir.
On doquzuncu əsrin sonu və iyirminci əsrin ilk yarısında Britaniya və Russiyanın müstəmləkə cəhdlərinə qarşı çıxmaq məqsədilə İran getdikcə eyni millətçilik siyasətini tətbiq edirdi. Fars miliyyətçilik hərəkətinin ən yüksək nöqtəsi 1905-1909-cu illərdə baş verən Fars inqlabı və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi dövrünə düşdü . Beləliklə bütün tarixi boyu qlobal təşəbbüsləri müdafiə edən Müsəlman imperiyasının tərkib hissəsi olan və Araz çayının cənubunda yaşayan Azərbaycan əhalisi yeni yaranmış ilk növbədə fars mənşəli dövlətin əsas azlığına çevrildi.
Dəqiq rəqəmləri əldə etmək çətin olsa da hazırda İranda təxmini 20 milyon Azərbaycanlıların yaşadığı hesab olunur. Demək olar ki, ölkənin ümumi əhalisinin təxminən 16%-i etnik olaraq Azərbaycanlıdır . 20-ci əsrin Pəhləvi sülaləsinin hakimiyyətdə olduğu dövründə onlar təqiblərə məruz qalır, lakin 1979-cu ildə monarxiya dağılandan sonra əksəriyyəti İran cəmiyyətində öz yerlərini bərpa edirlər. Azərbaycan icmasının mühüm iqtisadi rolu var idi, həmçinin onun bəzi üzvləri Dövlət aparatında da önəmli vəzifələr tuturdular, silahlı qoşunlar daxil olmaqla. İranın Milli lideri Böyük Ayatullah Əli Hüseyni Xameneyi və keçmiş Baş Nazir və müxalifət lideri Mir Hüseyn Musavinin etnik olaraq Azərbaycanlı olduğunu və Şərqi Azərbaycan vilayətində anadan olduqlarını qeyd etmək təqdirə layiq olardı.

2. Sovetin iflasa uğramasının nəticələri

Hər halda, 1991-ci ildə müstəqil Azərbaycan dövlətinin yaranması İranda strukturların və tarazlığın pozulmasına səbəb oldu. Azərbaycan mədəniyyətinə qarşı ayrı seçkilik və İslam inqlabının yerinə yetirilməmiş vədləri icmanın İran dövlətində birləşməsini sual altına qoydu . Bundan əlavə, 1988-ci ildə İran-İraq müharibəsindən sonra ölkənin dərin iqtisadi böhranla üzləşməsi zamanı bir çox azərbaycanlılar yeni yaranmış sərvətlərlə zəngin ölkədə öz həyat səviyyəsini artırmaq üçün fürsət gördülər. 1989-cu ildən etibarən sərhədin hər iki tərəfində yaşayan əhali İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan arasında fiziki maneələri aradan qaldırdılar. Tezliklə yerli əhalilər arasında iqtisadi mübadilələr və ticarətin həcmi artdı və ailə əlaqələri yarandı. Türkiyə mədəniyyətinin sürətlə artmasına əlavə olaraq bu fenomen sərhəd boyu yaşayan əhalini özlərini Azərbaycanlı kimi təqdim etməyə daha da həvəsləndirdi.
Azərbaycan irredentizmi ilə bağlı əsas qorxular 1992-ci ildə Əbulfəz Elçibəyin president olduğu dövrdə yaranmışdı. Sonuncu həqiqətən də “Böyük Azərbaycan” kampaniyasına səbəb oldu. Dağlıq-Qarabağ müharibəsindən sonra İran Hökumətinə sərhədin düz şimalında öz evlərindən didərgin düşən qardaşlarına görə narazı qalan azərbaycanlılardan müraciətlər daxil olurdu. Tehran davanın yayılmamaması şərti ilə həqiqətən də yaranmış münaqişəni Bakıya təsir göstərmək üçün vasitə kimi istifadə etmək niyyətindı idi. Buna görə də İran məcburi köçkünlər (MK) düşərgələrinin maliyyələşdirilməsini üstün tuturdu ki, 1993-cü ildə erməni hücumlarından qurtulmaq üçün Araz çayını keçən minlərlə qaçqınları uzaqda saxlasın.
Güclü münasibətlər qurmaq üçün vasitə kimi qiymətləndirilən güclü İran-Azərbaycan icması 1991-ci ildən etibarən iki qonşu arasında gərginliyin yaranmasına ciddi səbəb olmuşdu. Eyni zamanda Tehranda qarşı çıxanlar Azərbaycan probleminin həllini cənubi və şimali Azərbaycanın İran İslam Respublikası çərçivəsində təkrarən birləşməsində görürdülər. Bundan əlavə İranın məsul şəxsləri Azərbaycanlı azlıqların öz dilində təhsil almaq hüquqlarını daimi rədd edib və yalnız ölkənin rəsmi dili olan fars dilində oxumaqlarına təkid ediblər.

3.İran-Azərbaycan ikitərəfli münasibətlərin mühüm komponenti

İranda Azərbaycan icması arasında milli hissiyətin artması Cənubi Azərbaycanda Milli Ayrılma Hərəkətinin (CAMAH) yaradılması ilə nəticələndi . Partiya Azərbaycan icmasında siyasi tələblərin çoxluğunu nəzərə alaraq az təsir göstərə bilirdi; lakin bir çox aparıcı üzvləri vaxtaşırı məhkəməyə cəlb edilir, bəziləri isə ölüm cəzası alırdılar. CAMAH-ın fəxri sədri Mahmudəli Çöhrəqani bir neçə səbəbə görə həbs edilmiş və aclıqla bağlı üsyanda ittiham edilmiş, sonra isə ona Bakıya qaçmağa icazə verilmişdi. Azərbaycan həmçinin İranı Bakıda yaşayan İranlı Azərbaycan lideri Piruz Dilancinin ölümünün sifarişində günahlandırdı . Qeyd etmek lazimdir ki, həmçinin İran Azərbaycanın səlahiyyətli nümayəndələrinin Dünya Azərbaycanlıları Konqresi vasitəsilə diasporun təşkili ilə bağlı səylərinə narazılığını bildirirdi.
Digər tərəfdən, 2000 və 2003-cü illərdə Təbrizdə zorakı vətəndaş hadisələri baş verməklə etirazların sayi 90-cı illərin sonunda və 2000-ci illərdə artmışdır. Hətta Prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə yaşanan liberallaşdırma Azərbaycan icmasına qarşı ayrıseçkiliyə son qoymaqda, sakitlik və sabitlik gətirməkdə müvəffəqiyyət qazanmamışdır. 2006-cı ildə İranın həftəlik jurnalında fars dilində danışan uşağın azərbaycan dilində danışan tarakan ilə söhbət etməsinin yayımı Təbriz və Urmiya şəhərlərində etirazlar dalğasına təkan verdi.
Buna cavab olaraq İran Azərbaycanın cənubi-şərqində yaşayan iran dilli Talış azlığının etnik təqibini kəskinləşdirməyə və bu icma arası özünə agentlərin cəlb edilməsinə cəhd edir. Tehran Bakıda yerləşən və sülhün tərəfdarı olan hökumətin gücünü salmaq üçün həmçinin Azərbaycanın İslam Partiyasına və Ceyşullah və Hizbullah kimi radikal hərəkətlərə əsaslı maliyyə yardımı təklif edirdi. Tehran həmçinin 2004-cü ilədək İranın Şərqi Azərbaycan vilayətinin paytaxtı olan Təbriz şəhərində Azərbaycan konsulluğunun açılmasına da daimi qarşı çıxırdı. Mahmud Əhmədinecadın 2005-ci ildə hakimiyyətə gəlməsi “liberal aralıq dövrü”nü başa çatdıraraq kürdlər, baloç, fars ərəbləri və həmçinin azərbaycanlılar kimi ölkənin etnik və dini azlıqlarına qarşı repressiyaların yeni dalğası ilə nəticələnmdi.

C. Xəzər Dənizinin sərvətləri uğrunda mübarizə
1. Kəskin geosiyasi məsələ


Xəzər dənizi regionu neftın aşkarı və planlaşdırılmış daşınma yollarına görə beynəlxalq geosiyasətdə mühüm yer tutur. Xəzər dənizi hər ölkənin fərqli siyası, dini və mədəni sistemlərinə görə öz sahilyanı ölkələri Azərbaycan, İran, Qazaxstan, Russiya və Türkmənistan üçün həm birlik həm də rəqabət nöqtəsidir. 378,000 km səthi olan Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Şimal-qərbdə Russiya, şimal-şərqdə Qazaxstan, cənub-şərqdə Türkmənistan, cənubda İran, qərbdə isə Azərbaycan yerləşir. Adına baxmayaraq onun hüquqi statusuna və hüquqi rejiminə görə (dəniz ya göl?) sahilyanı ölkələri arasında geniş mübahisə olmuşdur.
20-ci əsrin əksər hissəsi boyu onun suyu ilə bağlı suverenliyi cəmi iki ölkə saxlasa da Sovet İttifaqının dağılması 1921-ci ildə bağlanmış və hər iki ölkəyə bərabər naviqasiya hüququ verən Sovet-İran Dostluq Müqaviləsindən irəli gələn müvəqqəti razılaşmanı sual altına qoymuşdu. Hər halda, bu balıqçılıq razılaşmalarından ayrı olaraq, təbii sərvətlərlə bağlı məsələni həll etməyib. Neft və qazın hasilatı və qazma işləri kimi məsələləri həll etmək məqsədilə iki ölkə 1935 və 1940-cı illərdə Naviqasiya və Kommersiya üzrə iki əlavə müqavilə bağlamışdır. 1940-cı ildə bağlanmış müqaviləyə əsasən Xəzər dənizinin hər iki ölkəyə aid olduğu elan edilmiş və dənizdə üçüncü tərəf ölkələrin bayrağı altında üzən gəmilərin naviqasiya etməsinə qadağa qoyulmuşdur. Bu status beynəlxalq cəmiyyətdə tanınaraq hər iki ölkəni naviqasiya və balıqçılıq sahəsində eyni hüquqlarla təmin etmiş, eyni zamanda sahildən 10 dənizçilik milinədək məsafədə hər tərəf həmin məsafəni istifadə etmək hüququ qazanıır.
Sovet ittifaqı dağılandan sonra “varis ölkələr” bütün sahilyanı ölkələr arasında yenı müqavilə bağlanmayanədək birtərəfli olaraq keçmişdə bağlanan müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edə bilmədikləri üçün Xəzər dənizinin statusu sual altında olaraq qaldı. Bütün iştirakçıların əsasən balıqçılıq və neft və qaz ehtiyatları ilə bağlı öz maraqları olduğuna səbəbdən fərgli tələbləri ilə əlaqədar olaraq bu cür müqavilənin bağlanması olduqca çətin idi. Ötən 3 il ərzində Qazaxıstan və Rusiya sərhəd mübahisəsinə son qoymaq üçün onlarla sənəd imzalayıb, onlardan ən önəmlisi 6 iyul 1998-ci ildə imzalanmış Rusiya-Qazaxıstan müqaviləsi olmuşdur. Sonradan analoji razılıq Rusiya ilə Azərbaycan və Qazaxıstanla Azərbaycan arasında da əldə edildi. Hər halda onlar ən əsası “orta xətt” ilə bağlı məsələdə razılığa gələ bilməmişdirlər. Eynisi ilə İran və Azərbaycan bu mübahisədə diametrik olaraq tam əks mövqeyi tutaraq arada olan gərginliyi daha da artmışdılar.

2. Neft yataqlarının mövcudluğu ilə əlaqədar İran və Azərbaycan üçün dənizin onlara aid hissəsinin qorunmasının vacibliyi

İqtisadi inkişaf və siyasi sabitliyin neft və qaz hasilatında qurulduğunu nəzərə alaraq Azərbaycan üçün dənizin ona aid enerji resurslarının qorunması zəruridir. Azərbaycanın ümumi neft ehtiyatlarının 90%-nadək hissəsi Xəzər Dənizinin neft və qazına aiddir, bu da ölkə inkişafı, əhalinin rifahı və ümumilikdə ölkənin sabit durumunun əsas şərtidir. Bu səbəblərə görə Azərbaycan “Xəzər dəniz beşliyi” arasında yeganə ölkədir ki, dənizin özünə aid hissəsinə suverenlyi qanuni şəkildə qorunur. Bundan əlavə mübahisələrin strateji nəticələri Xəzərin statusu ilə bağlı Rusiya ilə İran arasında iddiaların Bakı tərəfindən rədd edilməsinin səbəblərini izah edir.
Azərbaycan enerji mütəxəssisləri və siyasətçilərə əsasən Xəzər Dənizinin hüquqi statusu ilə bağlı razılaşmanın olmaması Rusiyanın mövqeyini dəstəkləyən İran tərəfindən bildirilən rəylərin nəticəsidir . İran enerji sərvətlərinin istehsalı ilə məşğul ola bilmirdi, sənayesinin əksər hissəsi Cənubda və İran körfəzində yerləşirdi. Bu regionda olan digər ölkələrlə müqayisədə İran 2012-ci ilədək özünə aid Xəzər Dənizinin cənubi hissəsində mühüm neft tapıntıları barədə məlumat heç vaxt verməmişdir . Nəticədə İran təbii sərvətlər daxil olmaqla dənizin 5 sahilyanı ölkələrinə aid olduğunu bildirən “birgə idarəetmə” yanaşmasını tətbiq edir. Məsələ bu cür həll olunmadığı təqdirdə İran Xəzərin beş bərabər hissəyə (hər biri 20%) bölünməsi təklifi ilə çıxış edəcəkdir . Bir çox mütəxəssislərin təhlillərinə əsasən Dənizin cənub hissəsində əsas karbonhidrogen bloklarının sayı ele yerləşib ki, Tehran həmin 20% əldə etdiyi halda da onlar digər ölkələrlə kəsişmə zonalarında qalacaqlar.
Xəzər Dənizin statusunun yozulmasında fərqlər Azərbaycan və İran maraqlarının ciddi toqquşmasına səbəb olur. Tehran tərəfindən Astara-Həsən-Qulı xəttinin cənub hissəsin öz ərazisinin tərkib hissəsi hesab etdiyinə görə Bakı dəfələrlə İranı həmin yerdə yerləşən neft yataqlarının qanunsuz olaraq hasil etmək niyyətində günahlandırırdi. Öz növbəsində Tehran iddiaları olduğu Alborz yatağında (Azərbaycan variantında Alov) tədqiqatların dayandırılması üçün Azərbaycandan rəsmi bildiriş tələb etdi. Bu iddiaların əsaslı olun-olmamağına baxmayaraq İran və Rusiyanın bu ərazi mübahisələrinin ABŞ-nın regionda təsirin azaldılması üçün istifadə etmək və neft və qazın dünya bazarların ixrac edilməsinin davam etdirmək niyyəti nəzərə alınmalıdır.

3. Ərazi münaqişələrinin qorunma nəticələri

Ritorik aspektdən başqa Xəzər Dənizi ilə bağlı İran-Azərbaycanın əks mövqe tutmaqları həm Rüsiya həm də İran tərəfindən Azərbaycanın qaz və neft infrastrukturlarına qarşı təhdidlər nəticəsində müəyyən çıxılmaz vəziyyətlərin yaranmasına səbəb oldu. 23 iyul 2001-ci il tarixində İrana məxsus silahlanmış gəmi BP tərəfindən idarə olunan Azərbaycana məxsus tədqiqat gəmisi "Geophysicist-3"-ü Alov ərazisini tərk etməyə məcbur etmişdi . İranın Neft Nazirliyi bir müddət sonra bəyan etmişdir ki, Tehran İran sektorunda qanunsuz kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün beynəlxalq şirkətlər tərəfindən bağlanılan müqavilələri etibarsız hesab edəcək. Hadisənin digər nəticəsi BP tərəfindən Araz-Alov-Şərq yatağında bütün dənizçilik fəaliyyətinin dayandırılmasının elan edilməsi olmuşdu. 18 iyul 2012-ci il tarixində İran təyyarəsi Azərbaycan sərhədlərini keçərək gömrük binası üstündə fırlanıb İstisu kəndinin sakinləri arasında vahimə yaratmışdı. Dənizdə gərginlik və Azərbaycan hava məkanının İran təyyarələri tərəfindən pozulması son illərdə adi hala çevrilmişdi. Baş verən hadisələrlə əlaqədar başlaya biləcək müharibədən ehtiyat Bakını münaqişə zamanı onun tərəfini saxlayacağına zəmanət almaq məqsədilə Ankaraya müraciət etməyə vadar etdi. Bu baxımdan “Alov” hadisəsindən cəmi bir neçə gün sonra Türkiyə Komanda heyətinin başçısı general Hüseyin Kıvrıkoğlunun 2001-ci ilin iyul ayında Bakıya səfəri zamanı münaqişənin baş tutduğu halda Türkiyənin Azərbaycan tərəfində olacağı barədə İrana xəbərdarlıq etdi.
Bu hadisələr və qarşılıqlı silahlanma nümayişləri Xəzər dənizinin geosiyasi baxımdan “bataqlıq”dan regional güvvələri cəlb etməklə rəqiblərin yeni “barıt çəlləyi”nə çevrildi. Sahilyanı ölkələr arasında artan gərgin silahlandırma Rusiya və Qazaxıstan tərəfindən 2011-ci ilin yayında Xəzər dənizində “Centre 2011” adlı birgə dənizçilik manevrlərinin keçirilməsindən sonra daha da gözə çarpırdı. Russiyanın hərbi iyerarxiyası NATO qoşunlarının Afqanistandan geriyə çağırılmasından sonra qeyri-sabitliyin yaradıldığı təqdirdə tapşırığı “xəbərdarlıq” kimi qiymətləndirmişdir. Bu manevrlərin həqiqi məqsədi nədən ibarət olsa belə onlar narahatlığın artmasına səbəb oldular. Beş sahilyanı ölkələr öz niyyətlərinin əksər hissəsini gizlətməyi anlaşılmazlıq yaradaraq ağır nəticələrlə yekunlaşa bilər. İstehza ondan ibarətdir ki, onların məsul şəxsləri Dənizin silahsızlaşdırılmasına çağıraraq silahlandırılmanı terrorçuluq və dəniz quldurluğu təhlükəsindən müdafiə kimi təqdim edirlər.
Təcrübədə biz regionda müdafiə tədbirlərinin hücum tədbirləri kimi qəbul edilməsnin klassik nümunəsini müşahidə edirik. Bununla belə hər hansı tərəfin hər hansı addımı digər iştirakçılar tərəfindən dərhal birbaşa təhlükə kimi qəbul edilir. İran tərfindən öz sularında neft hasilatına başlaması qorxusu Azərbaycanı öz təhlükəsizliyini qorumaq üçün ABŞ və ya Türkiyyədən dəstək almasına dərhal vadar edir. Eyni zamanda Russiya və İran ABŞ-nın regiona müdaxiləsinə öz stratejı qonşuluğuna həmlə kimi baxır. Eyni qaydada da Russiya şərhçiləri Türkmənistan və Azərbaycanın təşəbbüsü ilə Trans-Xəzər Kəməri layihəsinin realizə edildiyi təqdirdə, hərbi müdaxiləyə çağırırlar. Moskvanın mövqeyi nəzərə alınmadığı halda “2008-ci ilin Gürcüstan ssenarisi”nin təkrarlanması barədə Russiyanın xəbərdarlığına əsaslanaraq Qazın Avropaya təchizatı üzərində rəqabətin silahlı münaqişəyə çevrilməsi ehtimal edilir. İranın dənizdə Azərbaycana aid sularda böyük neft yatağının aşkar edilməsi barədə bəyanatını nəzərə alaraq bu cür gərginliklərin getdikcə yalnız artacağı bəlli olur.


IX. Qafqaz ABŞ-İran müharibəsinin döyüş zonası kimi

A. Beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə olunan ittifaq


1.İranın BMT ilə sıçan-pişik oyunu.
İranın “yaxın xarici ölkə” olduğu üçün strateji seçimlərini təhlil edərək nüvə məsələsi nəzərdən qaçırılmamalıdır. Yuxarıda gördüyümüz kimi, Tehran ilə Ermənistan arasında əlaqə Yerevana silahlı təcavüz və Azərbaycan ərazilərinin işğal edilməsi səbəbindən Türkiyə və Azərbaycanın sərhədləri bağlanması nəticəsində Ankara və Bakı tərəfindən qoyulmuş embarqodan yayınmağa imkan yaratmışdı. Digər tərəfdən, İrannın öz şimalı qonşusu ilə iqtisadi əməkdaşlığın artması həmçinin İslam respublikası üçün BMT-nin Təhlükəsizlik Şurası tərəfindən verilmiş daha ciddi sanksiyalardan və ya ABŞ və Avropa Birliyinin tətbiq etdiyi daha sərt sanksiyalardan yayınması deməkdir. Bu sanksiyalara cavab olaraq İran ölkəni neft gəlirlərindən asılılığının azaldılmasına yönəldilmiş daha “davamlı iqtisadiyyat” siyasətini keçirməyə başladı. Hər halda, bu məqsədin qısa və orta perspektivdə nail oluna biləcəyinin real olmaması Tehranı maliyyə sağlamlığının qorunub saxlanılması üçün başqa yollar axtarmağa vadar edir. Bu məqsədə nail olmağın ən asan yolları arasında gəmilərin sərfəli bayraqlar altında üzməsi və tezsınan malların ixracı və idxalı üçün sanksiyaların tətbiq olunmadığı üçüncü ölkələrə məxsus şirkətlərin istifadəsini qeyd etmək olar.
Bu yayınma manevrlərin nümunəsi kimi biz artıq 2012-ci ilin may ayında beş aydır ki ardıcıl olaraq artan böyük sayda Türkiyədə fəaliyyət göstərən və İran tərəfindən maliyyələşən xarici şirkətləri qeyd etmişik. Yaranmış və bağlanmış şirkətlər barədə statistik məlumatlarla təmin edən Türkiyənin Palatalar və İstehlak Mallarının Mübadiləsi Birliyinin (TPİMMB) hesabatına əsasən may ayında Türkiyədə fəaliyyətə başlamış 320 xarici şirkətin 86-sı İran tərəfindən maliyyələşir. Bu firmalar əsasən elektrik enerjisi, elektronika, kommunikasiyalar və tikinti sahələrinə aiddilər. Türkiyədə İranlılar tərəfindən təsis edilmiş şirkətlərin bir çoxu İran üçün məhsul eldə edib ticarətlə məşğul olmaqla embarqodan yayınmaq məqsədilə Türkiyədə yaradılıb. Hər halda bu strategiyanın yerinə yetirilməsi Almaniya və Birəşmiş Ərəb Əmirlikləri kimi ölkələrin İranla ticarəti azaltmaqla bağlı qərarına görə çətinləşib.
Şimal istiqamətində yeni marşrutların açılması İran rejimi üçün beynəlxalq saksiyalardan yayınmaq üçün prioritet vasitəyə çevrildi. Maddə III-də təsvir olunduğu kimi son illər ərzində İranın Ermənistana iqtisadi müdaxiləsi davamlı olaraq artır. Bundan əlavə, Tehran Moskva ilə ABŞ və Avropanın gördüyü tədbirləri “açıq şantaj” və “beynəlxalq qanunların kobud şəkildə pozulması” kimi qəbul edən təsadüfi birliyə qoşulmuşdur. Russiyanın xarici işlər naziri bu yol davam edildiyi halda hətta Vaşinqtonu “mümkün Russiya-Amerika münasibətlərinə təsiri” barədə xəbərdar etmişdi.

2. Sanksiyalarla bağlı Yerevanda artan narahatlıq

Ermənistanın iqtisadiyyatı xarici dünyadan dərin şəkildə asılıdır: işçilərin pul vəsaitlərinin Russiyadan köçürülməsi, beynəlxalq institutlardan götürülən kreditlər, xarici ictimaiyyət və özəl yardım, əsasən ABŞ-da yerləşən Erməni Diasporundan, 2000-ci illərin əvvəlində bir neçə il ərzində davamlı artım müşahidə olunsa da qlobal maliyyə böhranı işçilərin pul vəsaitərinin Rusiyyadan köçürülməsinin, ölkəyə Avropa və Russiyadan birbaşa sərmayənin kəskin azaldılması vasitəsilə Ermənistanın iqtidsadiyyatına ciddi ziyan vurmuşdu.
Əlavə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən xərclər və Azərbaycanla Türkiyənin iqtisadi embarqolarının nəticələri iqtisadiyyatın bərpa edilməsi perspektivinə nisbətən daha çox təsir göstərir. Bu problemlər baxımından keçmiş xarici işlər naziri Vartan Oskanyanın 2011-ci ilin noyabr ayında Al-Cəzirə-nin “dəyərin hesablanması” proqramına müsahibəsi zamanı dediyinə görə Ermənistan bir neçə məsələlərlə bağlı mübahisə edərək bildirir ki, İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsi onların öz iqtisadiyyatına mənfi təsir göstərəcək və “məcburi sanksiyalara bağlı” olsa da ölkə üçüncü sərhədin bağlanmasına imkan verə bilməzdi.
Eyni zamanda, iki ölkə arasında mövcud olan yaxşı münasibətlərin gücləndirilməsi məqsədilə İranın bir neçə səlahiyyətli nümayəndələri Ermənistana səfər etmişdir. 8 noyabr 2011-ci il tarixində İranın xarici işər naziri Əli Əkbər Salehi ikitərəfli ticarətin daha da gücləndirilməsi və vizasız səyahət rejiminin qurulmasının zəruriliyini vurğuladı . 23 dekabr 2011-ci ildə Yerevana səfəri zamanı İran Prezidenti Mahmoud Ahmadinecad və onun Erməni həmkarı Serj Sargsyan “bütün millətlərin sülhi nüvə enerjisini istifadə etmək hüququ” barədə birgə bəyannamə təqdim etmişdilər. Bundan əlavə, iki ölkə başçıları Təbriz və Ermənistan şəhəri Yeraşxıni birləşdirən qaz kəmərinin tikintisinin başa çatdırılması ilə bağlı öhdəliklərini təsdiqlədilər.

Iki qonşular və yaxın iqtisadi tərəfdarlar arası qarşılıqlı dostluğun qeyd edilməsindən başqa Mahmud Əhmədinecadın Yerevanda bəyanatları Tehranın neft istehsalı üçün bazarların qorunması ilə bağlı tələbatını nümayiş etdirirdi. Öz növbəsində Ermənistan inkişaf edən ikitərəfli iqtisadi münasibətləri təhlükəyə atmadan öz qərb maliyyə arxalarına qarşı ehtiyatlı olmalıdır. Bu baxımdan yeni beynəlxalq sanksiyalar barədə elan Yerevan üçün ciddi problemə çevrildi. Bir çoxları ehtiyat edir ki, İran mərkəzi bankının vəsaitərinin dondurulması kimi əməliyyatlar Tehranın infrastruktur layihələrin maliyyələşdirilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi imkanlarını aşağı sala bilər. Eyni zamanda Ermənistanın enerji naziri Armen Movsisian bəyan etdi ki, özəl investorlar 100 milyon ABŞ dollarınadək vəsaiti potensial gəlir gətirəcək layihəyə yatıra bilərlər.

(Ardı var)



Teqlər:  





Xəbər lenti