“Ağır silahlardan istifadə yolverilməzdir” – Həmsədr

“Ağır silahlardan istifadə yolverilməzdir” – Həmsədr
  27 Oktyabr 2015    Oxunub:1843
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanla görüşdən sonra jurnalistlərə açıqlama verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkil olunması məsələsi müzakirə olunub.

“Bununla yanaşı, təmas xəttindəki vəziyyət müzakirə edilib. Vəziyyətin gərginləşməsi və ağır texnikalardan istifadə bizim üçün yolverilməzdir. Biz bu məsələləri ordu nümayəndələri ilə müzakirə edəcəyik”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti