“Monitorinq zamanı atışma yolverilməzdir” – Uorlik

“Monitorinq zamanı atışma yolverilməzdir” – Uorlik
  27 Oktyabr 2015    Oxunub:1757
ATƏT-in monitorinqi zamanı atışma yolverilməzdir.
AzVision.az xəbər verir ki, bu barәdә ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında yazıb.

“Bizim təmas xəttini keçdiyimiz zaman davam edən atışma ATƏT müşahidəçilərini gizlənməyə məcbur edub. Bu yolverilməzdir”, - deyə Uorlik yazıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.

Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti