Qırıcı təyyarə dənizdə qəzaya uğrayıb

Qırıcı təyyarə dənizdə qəzaya uğrayıb
  28 Oktyabr 2015    Oxunub:2271
Danimarka sahillərində bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “F-16” tipli təyyarə qəzaya uğrayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə krallığın cənub-qərbində - Şimal dənizində qeydə alınıb.

Şassidə yaranan problem nəticəsində pilot katapulta edib. Onu HHQ-ya məxsus helikopter xilas edib. Hazırda pilot özünü yaxşı hiss edir.

Qeyd edək ki, 1980-cı ildən bəri “F-16” tipli təyyarələr bu ölkənin hərbçiləri tərəfindən istifadə olunur. Hazırda Danimarka HHQ-lərində 30-a yaxın belə təyyarə var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti