İranda mindən çox insan edam olunub

İranda mindən çox insan edam olunub
  29 Oktyabr 2015    Oxunub:2032
BMT İranda edam faktlarının çoxluğu səbəbindən həyəcan təbili çalır.
BMT-nin İranda insan hüquqları üzrə məruzəçisi Əhməd Şahid bu ilin 9 ayında İranda mindən artıq insanın edam olunduğunu bildirib.

Onun sözlərinə görə, ötən il İran məhkəmələrinin qərarları ilə 753 ölüm hökm icra olunub. Əhməd Şahid 2005-ci ildən İranda edam hökmlərinin sayının artmasına diqqət çəkir.
BMT-nin məlumatına görə, bu il İranda ölüm hökmü çıxarılanların 69 faizi narkotik ticarətinə, 10 faizi isə Facebook və digər sosial şəbəkələrdə paylaşdıqları yazılara görə bu cəzanı alıb.

Əhməd Şahid İranı ölüm hökmlərini dayandırmağa və beynəlxalq konvensiyalara hörmət etməyə çağırıb. (modern.az)


Teqlər:





Xəbər lenti