Avropada miqrantlara qarşı divar tikilir

Avropada miqrantlara qarşı divar tikilir
  29 Oktyabr 2015    Oxunub:1383
Avstriya qonşu Sloveniyadan miqrant axınının qarşısını almaq üçün sərhəddə texniki bəndlər tikəcək.
Ölkənin daxili işlər naziri Mikl-Leitner oktyabrın 28-də artıq 10 günə tikintiyə başlanacağını bildirib.

Həmçinin Sloveniya elə həmin gün sərhədlərində divarlar tikəcəyini bəyan edib.

Ölkənin baş naziri Miro Cerar təhlükəsizlik şurasının iclasında bildirib ki, əgər lazım gəlsə dərhal divar çəkəcəyik.

Bundan əvvəl Macarıstan eyni hərəkətə görə beynəlxalq tənqidlərlə üzləşdi. Avstriya Almaniyanı həddən artıq az miqrant qəbul etməkdə günahlandırır.

Bu il Suriya İraq və Əfqanıstandan Avropaya 700 mindən çox miqrant gəlib.


Teqlər:  





Xəbər lenti