Bütün Türkiyə bu azərbaycanlı qadını axtarır - FOTO

Bütün Türkiyə bu azərbaycanlı qadını axtarır - FOTO
  29 Oktyabr 2015    Oxunub:3952
Türkiyə Daxili İşlər Nazirliyi terrorçuluq fəaliyyətinə görə axtarılan şəxslərlə bağlı xüsusi internet saytı açıb. Məlumata əsasən axtarılan şəxslərin adları təhlükə dərəcələrinə görə, “qırmızı”, “yaşıl”, “göy”, “narıncı” və “boz” siyahılara əlavə olunub.
AzVision.az “Haberler.com”-a istinadən xəbər verir ki, “göy” siyahıda azərbaycanlı Ülkər Məmmədovanın da adı var.

Vurğulanır ki, 28 yaşlı azərbaycanlı İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulub.

Məlumata əsasən “qırmızı siyahı”da “nurçular” hərəkatının lideri Fətullah gülənin də adı var.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilmiş partlayışda həlak olanların sayı 106 nəfər ölüb.
Partlayışı törədənlər siyahısında Azərbaycan vətəndaşı Ülkər Məmmədovanın da olduğu bildirilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti