Artur Rasızadə baş nazirlərlə görüşə gedir

Artur Rasızadə baş nazirlərlə görüşə gedir
  29 Oktyabr 2015    Oxunub:2390
Sabah Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv ölkələrin hökumət başçılarının növbəti iclası keçiriləcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tacikistanın xarici işlər naziri Abdulfayz Atoi bildirib.

“2015-ci ildə Tacikistan Respublikası MDB hökumət başçılarının yekun iclasının oktyabrın 30-u Düşənbədə keçirilməsinə dair öz üzərinə öhdəlik götürüb”, - deyə Atoi qeyd edib.

Onun sözlərinə görə, iclasda yaxın perspektivdə MDB-yə üzv ölkələrinin əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçiriləcək.

Sammitdə Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Ermənistan, Azərbaycan və Belarus baş nazirlərinin iştirak edəcəyi gözlənilir.

Proqrama əsasən, oktyabrın 30-u Tacikistan prezidenti Emomali Rahmon iclas iştirakçılarını qəbul edəcək. İclasın yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti