Yoxa çıxmış 700 miqrantdan xəbər yoxdur

Yoxa çıxmış  700 miqrantdan xəbər yoxdur
  29 Oktyabr 2015    Oxunub:1769
Bir neçə gün bundan əvvəl Almaniyanın Niderzaksen əyalətindəki miqrant sığınacaqlarının bir neçəsindən ən azı 700 mühacir müəmmalı şəkildə yoxa çıxıb.

AzVision.az “Neuen Osnabrücker Zeitung” qəzetinə istinadən bildirir ki, itkin düşən qaçqınlardan hələ də bir xəbər yoxdur.

Qəzet daha dərinə gedərək, məsələni araşdırıb. Belə ki, həmin itkin düşən miqrantlar qarışıq 4000 nəfərədək insanın 20-dək şəhər dairəsi tərəfindən öncədən qəbul edilməsinə dair tapşırıq verilib, lakin onların niyə qəfildən düşərgədən yoxa çıxdıqları barədə heç nə dəqiq məlum deyil.

Ən optimal variant kimi təxmin edilir ki, mühacirlər digər şəhərlərdəki, ya da başqa Avropa ölkərinə keçmiş qohumlarının yanına gedə bilər.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti