Həmsədrlər bəyanat yaydı: `Zorakılığın qarşısı alınmalıdır`

Həmsədrlər bəyanat yaydı: `Zorakılığın qarşısı alınmalıdır`
  29 Oktyabr 2015    Oxunub:2043
ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) 26-28 oktyabr tarixlərində regiona səfərlərinin yekununa dair bəyanat yayıb.

AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir: `Biz səfər zamanı Azərbaycan və Ermənistanın prezidentləri və xarici işlər nazirləri ilə görüşdük. Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik.

Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər`.

Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdüyünü vurğulayan həmsədrlər sülh prosesinin mühüm bir hissəsi kimi tərəflər arasında dialoqun vacibliyini bildiriblər: “ Eyni zamanda münaqişə baş verən zamanı itkin düşmüş şəxslər haqqında humanitar tədbirin görülməsi və məlumat mübadiləsinin həyata keçirilməsi də müzakirə mövzusu olub”.

Həmsədrlər həmçinin qeyd edib ki, tərəflər üzərinə monitorinq aparan şəxslərin təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. Lakin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də qoşunların təmas xəttində monitorinq zamanı baş verən insident Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişi pozmaq üçün qəsdən edilmiş cəhddir.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti