“Almaniya həmsədrlərə dəstəyini davam etdirəcək” - XİN

“Almaniya həmsədrlərə dəstəyini davam etdirəcək” - XİN
  29 Oktyabr 2015    Oxunub:1344
“Almaniya ATƏT-ə sədrlik edəcəyi dövrdə Minsk Qrupunun həmsədrlərinə dəstəyini davam etdirəcək”.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənub Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Andreas Peşke Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryanla görüşü zamanı bildirib.

Peşke münaqişə tərəfləri arasında inam və təhlükəsizliyin möhkəmlənməsinə dair tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

İlkin Nəcəfzadə


Teqlər:  



Xəbər lenti