Azərbaycanlı Ermənistanda məhkəmə qarşsında

Azərbaycanlı Ermənistanda məhkəmə qarşsında
  30 Oktyabr 2015    Oxunub:2048
Ermənistanın Lori vilayətinin ümumi məhkəməsi Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işinə baxacaq.
Bu barədə AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir.

İttihnamə aktına əsasən Mikayılov bu ilin iyulun 23-də təxminən 21 radələrində sərhəd postlarından yan keçərək Lori vilayəti, Dzyonaşoh kəndi ərazisindən Ermənistan – Gürcüstan sərhədini keçib.

35 yaşlı Mikayılov sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti