SENSASİYA - Dünya yeni təhlükə qarşısında

SENSASİYA - Dünya yeni təhlükə qarşısında
  30 Oktyabr 2015    Oxunub:6611
Antarktika üzərindəki Ozon dəliyi 2015-ci ildə rekord səviyyədə genişlənərək 28,2 milyon kilometrə qədər çatıb.
AzVision.az-ın məlumataına əsasən Dünya Meterologiya Komitəsinin yaydığı bəyanatda deyilir ki, genişlənmə hər il davam edir.

Qeyd edilib ki, planetin cənub yarımkürəsində Antarktida üzərindəki ozon qatında ölçüləri Afrika qitəsinin sahəsinə bərabər dəlik yaranıb. Antarktida üzərindəki atmosfer qışda Yer kürəsindən qütb burulğanı adlanan küləyin təbii böhranı ilə təcrid olunur.

Ozon qatının nazikləşməsi sayəsində ultrabənövşəyi şüalanmanın artması bitkilərə, dənizin flora və faunasına ciddi təsir göstərir. Buzlaqların əriməsi sürətlənir. Sun 100 ildə okeanın səviyyəsi 10-15 sm artmışdır. Proqnozlar göstərir ki, əgər Yer kürəsində olan buzlaqlar tam ərisə, o zaman okean sularının səviyyəsi 60 metr qalxar, bunun isə nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Buzlaqlardan ayrılan aysberqlər okeanda üzən gəmilər üçün təhlükə mənbəyinə çevrilirlər.

Dünyanın sivil su ehtiyatının 70 %-nin Antarktida materikində olması vəziyyəti daha da mürəkkəbləşdirir və təhlükəli edir. Belə ki, materikin müəyyən yerlərində intensiv buz ərimələri davam edir. Buz ərimələri Antarktidada 8 min il əvvəl başlanmışdır. Bu təbii prosesi ozon qatının nazikləşməsi daha da intensivləşdirmişdir.

Arktika ərazisində də, demək olar ki, eyni vəziyyət yaranmışdır. Bu hal xüsusilə son illər hər iki ərazinin üzərində ozon qatının nazikləşməsi ilə daha təhlükəli xarakter almaqdadır.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti