Ermənistanda dəhşət: 9 aya 20 min 900 ölü

Ermənistanda dəhşət: 9 aya 20 min 900 ölü
  30 Oktyabr 2015    Oxunub:3387
Bu ilin ilk 9 ayı ərzində Ermənistanda 20900 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika İdarəsinin siyahıyaalma və demoqrafiya şöbəsinin rəisi Karina Kuyumdcyan bildirib.

O, bildirib ki, ötən ilə nisbətən bu ilin 9 ayı ərzində ölkədə ölüm göstəricisi 0,7% azalıb. Dövlət rəsmisi qeyd edib ki, hesabat dövrü ərzində bir yaşa qədər uşaqlar arasında 280 ölüm hökmü qeydə alınıb ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 2,6% çoxdur.

Ermənistan ölümləri əsasən qan dövranı xəstəlikləri ilə bağlıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti