Məşhur şirkət fəaliyyətini dayandırdı

Məşhur şirkət fəaliyyətini dayandırdı
  30 Oktyabr 2015    Oxunub:2458
Rusiyanın Nəqliyyat Nazirliyi daha əvvəl iflasa uğradığı açıqlanan “Transaero” aviaşirkətinin lisenziyasının ləğv edildiyini açıqlayıb.

Uçuşlarını noyabrın 15-dək əvvəlcədən rezervasiya edən şirkətin şərnişinlərini “Aeroflot” və Rusiyanın digər aviaşirkətləri daşıyacaq. Həmin tarixdən sonraya satılan bütün biletlər isə ləğv ediləcək.

1990-cı ildə qurulan “Transaero” “Aeroflot”dan sonra Rusiyanın ən böyük aviaşirkəti idi. “Transaero” oktyabrın 1-də 3,9 milyard dollarlıq borcla iflasını açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti