İŞİD-ə qoşulan reper öldürüldü

İŞİD-ə qoşulan reper öldürüldü
  31 Oktyabr 2015    Oxunub:2139
ABŞ hərbi hava qüvvələrinin hava hücumu zamanı Suriyada alman İŞİD tərəfində döyüşən Denis Kaspert qətlə yetirilib.
Alman reper oktyabrın 16-da Rakka şəhərinə hava hücumu nəticəsində ölüb.

Kaspertin “İslam Dövləti”nin (İŞİD) sıralarına 2012-ci ildə qoşulduğu bildirilib. O, dəfələrlə “İslam dövləti”nin videoyazılarında görünüb.

Bu il ABŞ dövlət departamenti Kasperti beynəlxalq terrorçu elan edib. ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Ceyms Brendlinin sözlərinə görə, Kaspert İŞİD-in beynəlxalq terrorçusu və sıralarına adamlar cəlb edən şəxslərdəndir.

Kaspert Deso Dog səhnə təxəllüsü ilə çıxış edirdi və terrorçulara qoşulduqdan sonra karyerasına son qoyub.


Teqlər:  



Xəbər lenti