İçkidən ölənlərin sayı 14 nəfərə çatdı

İçkidən ölənlərin sayı 14 nəfərə çatdı
  31 Oktyabr 2015    Oxunub:1304
Türkiyə polisi tərkibində zəhər olan spirtli içkilərin satışının qarşısını almaq məqsədilə İstanbulda əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Yerli KİV-lərin məlumatına görə, aparılan əməliyyatlar nəticəsində 19 nəfər saxlanılıb, insan həyatı üçün təhlükəli olan 5 min şüşə alkoqol tərkibli içki müsadirə edilib.

Xatırladaq ki, oktyabrın 18-dən bəri İstanbulda tərkibində zəhər olan spirtli içkilərdən ölənlərin sayı 14 nəfərə çatıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalara müraciət edən zəhərlənənlərin ümumi sayı 73 nəfər olub. Bildirilir ki, xəstəxanalarda müalicə olunanlardan daha bir neçəsinin həyatı üçün təhlükə qalmaqdadır.


Teqlər:



Xəbər lenti