“2 min terrorçu məhv edilib” - Ərdoğan (Video)

“2 min terrorçu məhv edilib” - Ərdoğan (Video)
  31 Oktyabr 2015    Oxunub:2665
“Hazırda Rusiya ilə fikir müharibəsi gedir”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "A Haber" telekanalına açıqlamasında bildirib. Onun sözlərinə 370 mindən çox insanı qətl edən şəxsin tərəfini tutmaq və qırmızı xalça ilə qarşılamaq beynəlxalq diplomatiyada müsbət qarşılanmır: “Bunu Rusiya gözəl bilir. Amma əməllərindən çəkinmir”.

Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan son əməliyyatlar zamanı həm ölkə daxilində, həm onun hüdudlarından kənarda təqribən 2 min terrorçunun məhv edildiyini deyən Ərdoğan bildirib ki, ötən gecə Suriyaya qaçan HDP üzvü olan kamikadzelər saxlanılıb: “ Onların üzərində 7 kilo TNT olan partlayıcı maddə aşkar edilib. Bu cür əməliyyatlar davam etdiriləcək. Biz onları yaxından izləyirik. Çünki, bizim itkilərimiz də 200 nəfəri keçib”.




Teqlər:  





Xəbər lenti