Çində bina uçub – 17 ölü
Hadisə Xenan vilayətində təxminən 15:30 radələrində baş verib.
Bina işçilərin fundamentdə təmir-bərpa işləri apardığı zamanı baş verib. Şənbə günü xilasedicilər dağıntılar altından 40 nəfər çıxara bilib ki, onlardan 17-i ölüb. Digər şəxslər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yerli rəhbərlərin sözlərinə görə, hadisə ilə bağlı artıq bir neçə nəfər saxlanılıb.
İkimərtəbəli ev 1990-cı ildə tikilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


