
Bundan başqa Kilimli adasının sahillərində batan gəmi tapılıb. Göyərtəsində 200-dən çox Suriyalı qaçqının olduğu gəmidən 138 nəfər xilas edilsə də 9-u uşaq olmaqla 18 nəfərin cəsədi dənizən çıxarılıb.

Rodos adasının sahillərində də qayıq pis hava şəraiti ilə əlaqədar çevrilib. Dənizə düşən 6 nəfər xilas edilib. Lakin 2-si uşaq olmaqla 3 nəfərin cəsədi aşkar edilib.
Qeyd edək ki, Egey dənizində son iki ay ərzində 80-dən çox uşaq boğulub. 560 mindən çox suriyalı qaçqın isə avropaya keçib.







Vaxtında, Aydın, Lazımlı!


