Rusiyada matəm elan edildi

Rusiyada matəm elan edildi
  31 Oktyabr 2015    Oxunub:1602
Rusiya prezidenti Vladimir Putin Misirdə qəzaya uğrayan təyyarə ilə bağlı noyabrın 1-də matəm elan edilməsi ilə bağlı fərman imzalayıb.
AzVision.az KİV-nə istinadən xəbər verir ki, həmin gün ölkə ərazisində bayraqlar endiriləcək, eləcə də əyləncəli mədəni və teleradio proqramlar yayımlanmayacaq.

Bu gün Şarm-əl-Şeyx dən Sankt-Peterburqa uçan təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib. Sonradan təyyarənin Sinay yarımadasında qəzaya uğradığı bəlli olub. Təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti