Ermənilərin 58,9%-i ruslarla birləşmək istəyir

Ermənilərin 58,9%-i ruslarla birləşmək istəyir
  31 Oktyabr 2015    Oxunub:2445
Ermənistan sakinlərinin 58,9%-i hər hansı bir ölkə ilə birləşmək zərurəti olacağı təqdirdə Rusiyanı seçəcəklərini bildirib.
AzVision.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu “İnteqrasiya barometri” Araşdırma proqramının keçirdiyi sorğunun nəticilərində dair etdiyi açıqlamasında Ermənistan Marketinq Assosiasiyasının prezidenti Aram Navasardyan bildirib.

Sorğu İrəvan və regionlarda, 1105 nəfər arasında keçirilib.

Bu arada 2014-cü ilin noyabrında bu göstərici 63% olub, 2015-ci ilin martında bu göstərici 55%-ə düşüb, daha sonra yenidən artıb. Ermənilərin 28%-i (2014-cü ilin noyabrında bu göstərici 27%, 2015-ci ilin martında isə 23%) ölkələrinin heç bir ölkə ilə birləşməməli olduğunu bildirib

Ermənistanın Avropa İttifaqına birləşməsini istəyənlərin sayı isə 8,2%, Gürcüstanla 1%, Belarusla 0,3% isə Qazaxıstanla birləşməsini istəyir.

Respondentlərin 28,1%-i isə Ermənistanın heç kimlə birləşməməli olduğunun düşünür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti