“İslam”ı “şeytan” simasında göstərmək istəyirlər -Polad Bülbüloğlu

 “İslam”ı “şeytan” simasında göstərmək istəyirlər -Polad Bülbüloğlu
  31 Oktyabr 2015    Oxunub:2049
“Terrorçuluğun inkişaf etdiyi bir dövrdə "İslam"ı şeytan simasında göstərmək cəhdləri var. Halbuki terrorçuluq və ekstremizmin İslamla heç bir əlaqəsi yoxdur."
Bu sözləri Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Polad Bülbüloğlu bildirib ki, biz bu gün İslam dininin süni olaraq terrorçuluqla və ekstremizmlə eyniləşdirildiyi müşahidə edilir.

“Biz hamımız bilirik ki, İslam — dünyanın ən gənc, işıqlı və sülhə çağıran dindir. Müasir dünyada insanlar öz ənənələrini unutmamalıdırlar. Çünki bu ənənələr üzərində insanlar sivilizasiyalar qurublar",-deyə diplomat bildirib.

Diplomatın sözlərinə görə, insanlar müasir dünya şərtləri çərçivəsində öz ənənəvi dəyərlərini, bəşər sivilizasiyasının minilliklər boyunca söykəndiyi ailə dəyərlərini unutmamalı və onları qorumalıdır.

“Əlbəttə, gənclər də bu problem və çağırışlarla üzləşəcəklər. Ona görə də dünyada baş verən kataklizmlərin basqısı altında əzilmək istəməyən xalqlar və ölkələr gənclərin formalaşmasına lazımi qədər diqqət yetirməlidir”- deyə P.Bülbüloğlu əlavə edib.(Ans)


Teqlər:  





Xəbər lenti