Avstriya miqrantları Almaniyaya göndərir

Avstriya miqrantları Almaniyaya göndərir
  31 Oktyabr 2015    Oxunub:1128
Avtriya hökumət nümayəndələri minlərlə mühaciri Almaniyaya yönləndirəcəklərini bildiriblər.

Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Laytner qaçqınlar Almaniyaya yönləndirəcəklərinə dair açıqlmasında deyib ki, “Hazırda Almaniyadakı miqrant sayı azdır və kifayət qədər qəbul edilməyib”.

“Focus Online” nəşri yazır ki, bu il Almaniya 1,5 miliyon mühacir qəbul edib və hazırda da qəbul etməkdədir. Lakin Merkel administrasiyasi hələ də “biz bunun öhdəsindən gələcəyik” şüarını dilindən düşürmür.

“Bild” qəzeti isə yazır ki, mühacirlər Avstriyaya pənah gətirdiyi halda, hökumət rəsmiləri onların fikirlərini dinləmədən belə, bölüşdürərək müxtəlif ölkələrə göndərir.

Yada salaq ki, bundan bir neçə həftə öncə də Avstriya çoxlu sayda qaçqını Almaniyaya geri qaytarmışdı.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti