60 min “Porsche” xarab çıxdı

60 min “Porsche” xarab çıxdı
  31 Oktyabr 2015    Oxunub:1805
“Porsche”-nin 60 min avtomobili geri çağırılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb yanacaq bakında aşkarlanan problemdir. “Volkswagen” şirkətlər qrupuna daxil olan “Porche”-nin əsas “Macan S” və “Macan Turbo” modelləri geri çağrılacaq.

Qeyd edək ki, bundan öncə “Volkswagen”-nin 11 milyon dizel model avtomobilin işində qüsur aşkar edilmişdi. Bu qüsurlu avtomobilərin bazarda yerləşdirilməsinə görə tətbiq olunan cərimənin məbləği isə 18 milyard dollar dəyərində hesablanır.

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin apardığı araşdırmadan sonra məlum olub ki, Audi A3s , Jetta, Beetle, Golf modellərində quraşdırılan bir cihaz, o avtomobillərdə testlərin aparılması zamanı zərərli maddələrin yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan filtri işə salır, normal əməliyyat zamanı isə həmin filtri söndürür.


Teqlər:





Xəbər lenti