ABŞ-da film kimi cinayət: 4 ölü
Polis leytenantı Ketrin Baklinin nümayəndəsinin sözlərinə görə, cinayəti daha əvvəl axtarışa verilən şəxs öldürüb. Ölən şəxslərdən ikisi qadındır.
Polis əməkdaşı hadisənin baş verdiyi əraziyə gəldiyi zaman cinayətkar onlara atəş açmağa başlayıb. Silahı yerə qoymaq barədə polisin əmrinə tabe olmayan şəxs atışma zamanı güllələnib. Hadisə şahidlərinin sözlərinə görə, polislər cinayətkara 20 dəfə atəş açıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Ərazi polis tərəfindən mühasirəyə alınıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


