Türklərdən İŞİD-ə ağır zərbə: 50 ölü, 30 yaralı

Türklərdən İŞİD-ə ağır zərbə: 50 ölü, 30 yaralı
  01 Noyabr 2015    Oxunub:1743
Türkiyə və ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) ötən gün Suriya ərazisinə endirdiyi aviazərbələr nəticəsində 50-dən çox terrorçu öldürülüb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aviazərbələr zamanı 30 terrorçu yaralanıb.

Türkiyənin anti-terror əməliyyatlarında 6 “F-16” tipli qırıcı təyyarə iştirak edib. Əməliyyat zamanı İŞİD-in Türkiyə ilə sərhəddə yerləşən 8 mövqeyi məhv edilib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti