Sarkisyan və həyat yoldaşı Tiflisdə konsertdə - VİDEO
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən Sarkisyan ailəsi Tiflisdə K.Marjanişvili Akademik Teatrında şair Marina Alesin “Sizlərdən biri” konsertinə qatılıb.
Qeyd edək ki, oktyabrın 30-u Gürcüstan prezidenti Georgi Marqvelaşvili erməni həmkarı Serj Sarkisyanla həm təkbətək, həm də geniş tərkibli görüş keçirib. Tərəflər iqtisadi əməkdaşlıq məsələlərini detallı şəkildə müzakirə ediblər.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


