İŞİD daha bir şəhəri tutdu

İŞİD daha bir şəhəri tutdu
  01 Noyabr 2015    Oxunub:2204
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Suriyanın cənub-qərbində Mahdun şəhərini nəzarətə götürüb. Bunun nəticəsində terrorçuların Dəməşq-Homsu birləşdirən əsas yola çatmalarına 20 kilometr məsafə qalıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, döyüşlər nəticəsində təxminən 50-yə yaxın suriyalı hərbçi öldürülüb.

2004-cü ildə həyata keçirilən siyahıya almaya əsasən Mahdində təxminən 11 min insan yaşayıb i, onlarında böyük əksəriyyəti müsəlman-sünilərdir.

Bundan əlavə əsasən xristianların yaşadığı Sadad şəhərində də döyüşlərin baş verməsinə dair xəbərlər yayılıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti