Türkiyədə azərbaycanlı namizədi döymək istədilər - Video

Türkiyədə azərbaycanlı namizədi döymək istədilər - Video
  01 Noyabr 2015    Oxunub:2019
Türkiyənin İğdır vilayətində səsvermə başa çatdıqdan sonra AKP-nin namizədi, əslən azərbaycanlı olan Nurəddin Aras hücuma məruz qalıb.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, naməlum şəxslər Qarakuyu kəndində namizədin maşınına hücum ediblər. Sabiq bələdiyyə sədri xəsarət alıb, hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücumun kim tərəfindən edildiyi araşdırılır.

Nurəddin Arasın hücuma məruz qalması İğdırda gərginliyə səbəb olub, hücum görüntülərini və xəsarət alan namizədin fotolarını paylaşan iğdırlılar günahkarların dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər.




Teqlər:  





Xəbər lenti