Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib
  02 Noyabr 2015    Oxunub:1648
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatması və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Baş nazir bildirib ki, Azərbaycanın inkişafı xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından olduqca vacibdir.

“Hesab edirəm ki, Azərbaycanın inkişafı və möhkəmlənməsi regionun çiçəklənməsinə xidmət edəcəkdir”, - deyə Baş nazir vurğulayıb.(AzərTac)


Teqlər:





Xəbər lenti