Rusiyalı spiker İrəvanda ağladı - FOTOLAR

Rusiyalı spiker İrəvanda ağladı - FOTOLAR
  03 Noyabr 2015    Oxunub:3506
Ermənistanda səfərdə olan Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienkonun rəhbərlik etdiyi nümayəndə heyəti qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ziyarət zamanı Matvienkonu Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyan və Rusiyanın bu ölkədəki səfiri İvan Volikin müşayiət edib.

Matvienko memorialla yanaşı “erməni soyqırım”ı muzey-institutda da olub. Rusiya Federasiya Şurasının spikeri buradakı eksponatlara baxan zaman göz yaşlarına hakim ola bilməyərək ağlayıb.

Ziyarətinin sonunda Matviyenko muzey institutun xatirə kitabına öz ürək sözlərinə yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti