Alman polisindən növbəti vəhşilik – Türk öldürüldü

Alman polisindən növbəti vəhşilik – Türk öldürüldü
  03 Noyabr 2015    Oxunub:2079
Almaniyada yaşayan 46 yaşlı Nurəddin Öcal Almaniyada polis tərəfindən güllələnərək öldürülüb.
Almaniyanın Hollandiya ilə sərhəd bölgəsində yaşayan Nurəddin Öcal adlı Türkiyə vətəndaşı Almaniya polisi tərəfindən silahla vurularaq öldürülüb. Polis işçisi 6 uşaq atası olan Öcalı onu bıçaqla təhdid etdiyinə görə öldürdüyünü iddia etdi.

Hadisə şahidləri isə bu fikri tamamilə təkzib edirlər. Şahidlərin fikrincə, polis mübahisə edən iki nəfəri ayırmaq əvəzinə atəş açmağı üstün tutub. Nəticədə, belindən və qolundan yaralanan Nurəddin Öcal hadisə yerində can verib.

Baş vermiş hadisə nəticəsində, 17 yaşlı başqa bir şəxs isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Femida.az


Teqlər:  





Xəbər lenti