Türkiyə ordusundan PKK-ya ağır zərbə

Türkiyə ordusundan PKK-ya ağır zərbə
  03 Noyabr 2015    Oxunub:1590
Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarələr İraqın şimalında PKK mövqelərinə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.

Türkiyə HHQ İraqın şimalında PKK-nın Zaop, Qare, Metina, Avşin və Kandil yaşayış məntəqələri yaxınlığında yerləşən mövqelərinə aviazərbələr endiriblər.

Xatırladaq ki, Son günlər həyata keçirilmiş hava zərbələri ilə bölgədəki dağlarda PKK-ya məxsus düşərgələr, mağara və silah anbarları məhv edilib

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti