Poroşenkodan ABŞ ordusuna `yaşıl işıq`

Poroşenkodan ABŞ ordusuna `yaşıl işıq`
  03 Noyabr 2015    Oxunub:2142
Ukrayna prezidenti Pyotr Poroşenko xarici vətəndaşlara müqavilə əsasında Ukrayna ordusunda xidmət keçməyə imkan verən sərəncam imzalayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Xarici vətəndaşlarla yanaşı, vətəndaşlığı olmayan şəxslərdə Ukrayna ordusunun sıralarında xidmət keçmək imkanı qazanıb. Ukrayna Ali Radası bu qərarı hələ oktyabrın 6-ı təsdiqləmişdi.

Qeyd edək ki, ekspertlərin fikrincə, bu qərardan sonra Ukrayna ordusunda ABŞ hərbçilərinin sayı kəskin artacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti