İŞİD-ə qarşı əməliyyat, 3 nəfər həbs edildi

İŞİD-ə qarşı əməliyyat, 3 nəfər həbs edildi
  04 Noyabr 2015    Oxunub:1633
İspaniya polisi tərəfindən 3 nəfər İŞİD-çi həbs olunub. Onlar bu ölkədə böyük terror planın həyata keçirilməsində şübhəli bilinirlər.
AzVision.az Qərb mətbuatına istinadən bildirir ki, bu saatlarda İspaniyada İŞİD üzvlərinə qarşı əməliyyatlar keçirilir.

Polisin keçirdiyi əməliyyat zamanı Mərakeşdən olan 26-29 yaşlarında 3 nəfər həbs olunub.

Polisin açıqlamasında deyilir ki, onların İspaniyada terror aktları reallaşdırmaq planları olub. Məsələyə İspaniyanın daxili işlər naziri Jorge Fernandez Diazdan da reaksiya gəlib. O, bu faktı pisləyərək qeyd edib ki, Suriya və İradan olan mühacirlər arasında İspaniyaya İŞİD üzvləri də keçib.

Qeyd edək ki, İspaniya daxili işlər orqanlarının rəsmi açıqlamasına görə, 2011-ci ildən indiyədək ölkədə 171 cihadçı həbs olunub.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti