İngilis dilini bilən dövlətlər - Azərbaycan siyahıda neçəncidir?

İngilis dilini bilən dövlətlər - Azərbaycan siyahıda neçəncidir?
  04 Noyabr 2015    Oxunub:4536
Avropa ölkələri arasında əhalisi ingilis dilini bilən dövlətlərin adları açıqlanıb.

Azərbaycan bu ölkələr sırasında son sıraları paylaşır. Retinq cədvəli Avropada fəaliyyət göstərən ingilis dili mərkəzləri tərəfindən hazırlanıb. Araşdırma 70 ölkə arasında aparılıb. Türkiyə də Azərbaycanla eyni sıraları paylaşır.

Maraqlıdır ki, araşdırmalar nəticəsində Fransa və Rusiyada da ingilis dilini bilən əhalinin sayının o qədər də çox olmadığı ortaya çıxıb.

İspaniya və İtaliya Avropa retinqində orta sıralarda olsa da, cədvəldə ilk sıraları İsveç, Hollandiya , Danimarka, Hollanda, Norveç və Filandiya bölüşdürür.

Əhalisi ingilis dilində danışan dövlətlərin sıralamasında Azərbaycan 49-cu yerdədir.



BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilis dili İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dövlət dilidir. (Ans)


Teqlər:





Xəbər lenti