Almaniyada böyük korrupsiya qalmaqalı - Axtarışlar başladı
AZƏRTAC “DPA” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri paralel olaraq Federasıya rəhbərliyinin evlərində də aparılıb. Onların arasında qurumun hazırki prezidenti Volfqanq Nirsbax və onun sələfi Teo Çvançıgerin də evi yer alır. Əməliyyat zamanı müxtəlif sənədlər, kompyuter və ağır disklər müsadirə edilib.
Hüquq mühafizə orqanlarının məlumatına görə, ali futbol qurumu 2005-ci ildə mədəni tədbirin təşkili üçün 6,7 milyon avro pul xərcləyib. Məbləğ istehsalata xərclənən vəsait kimi qeydiyyata alınsa da, vergidə kəsir meydana çıxıb. Bu azmış kimi bütün bu vəsait ayrı məqsədlər üçün sərf olunub. Hazirda vergi əməkdaşları və əməliyyatçılar qeyb olan 6,7 milyon avronu axtarırlar.
Bir müddət əvvəl Almaniya Futbol Federasiyası israr edirdi ki, bu vəsait dünya çempionatının bu ölkədə keçirilməsi üçün FİFA-nin hesabına köçürülüb. Əgər ələ keçən məlumatlarda məbləğə dair əsaslı və qaranıq dəlillər aşkarlanarsa, onda “DFB” rəhbərlərini uzun müddətli məhbusluq həyatı gözləyir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


